Suallar
Tez-tez verilən suallar
Kirayə, ödəniş, hostinq və kod sahibliyi haqqında.
Ümumi
Sayt nə vaxt hazır olur?
Sifariş və ödəniş təsdiqləndikdən sonra bir iş günü ərzində sayt, hostinq və e-poçt qutusu hazır olur. Domeni bizdən alırsınızsa, o da eyni gün qeydiyyatdan keçir.
Saytı özüm idarə edə biləcəyəmmi?
Bəli. Hər saytın admin paneli var və kod bilikləri tələb etmir. Mətnləri, şəkilləri, qiymətləri və bütün bölmələri özünüz dəyişirsiniz. Sifariş verməzdən əvvəl admin panelini demoda gəzə bilərsiniz.
Saytlar və kirayə
Sayt dizaynını dəyişə bilərəmmi?
Rəngləri, loqonu, şrifti və bölmələrin sırasını admin paneldən özünüz dəyişirsiniz. Struktur dəyişikliyi lazımdırsa, fərdi dizayn xidmətindən istifadə edin.
Neçə dildə işləyir?
Paketə dörd dil daxildir — Azərbaycan, ingilis, rus və türk. Əlavə dil lazımdırsa, dil paketi ilə açılır: bir dil 99 manat, birdəfəlik ödəniş. Tərcüməni özünüz edə bilərsiniz və ya tərcümə xidmətini sifariş edərsiniz.
Eyni saytı başqa şirkət də ala bilərmi?
Bəli, hazır saytlar bir neçə müştəriyə verilir. Amma rənglər, loqo, mətnlər və şəkillər hər müştəridə fərqli olur — nəticədə saytlar bir-birinə bənzəmir. Yalnız sizə məxsus sayt istəyirsinizsə, fərdi dizayn xidmətinə baxın.
Hostinq
Hostinq ayrıca ödənilirmi?
Xeyr. Sayt kirayəsinə hostinq, SSL sertifikatı, gündəlik ehtiyat nüsxə və bir e-poçt ünvanı daxildir. Əlavə ödəniş yoxdur.
Domen
Mövcud domenimi köçürə bilərəmmi?
Bəli. Domeni bizə transfer edə və ya öz qeydiyyatçınızda saxlayıb yalnız DNS-i bizə yönləndirə bilərsiniz. Hər iki halda kömək edirik.
E-poçt
Neçə e-poçt qutusu verilir?
Sayt paketinə bir ünvan daxildir — məsələn info@sirketiniz.az. Daha çox qutu lazımdırsa, korporativ poçt paketlərindən birini əlavə edirsiniz. Paketlər 3, 10 və 20+ qutu üçün nəzərdə tutulub.
Poçt qutusunu sonradan artıra bilərəmmi?
Bəli. Kabinetdən korporativ poçt paketi sifariş edirsiniz, mövcud ünvanınız saxlanılır və üzərinə yeni qutular əlavə olunur. Köhnə məktublar itmir.
Ödəniş
İlk ödəniş nə qədərdir?
İlk ödəniş yalnız qurulum haqqıdır — sayta görə 99 ilə 299 manat arasında. Aylıq ödəniş isə birinci ay bitəndən sonra başlayır.
Necə ödəyə bilərəm?
Kart ilə onlayn, bank köçürməsi ilə və ya kabinetdən avtomatik tutulma qurmaqla. Aylıq ödənişlər üçün avtomatik tutulmanı tövsiyə edirik.
Kod sahibliyi
Kod nə vaxt mənim olur?
Müqavilədə ümumi ödəniləcək məbləğ göstərilir. Həmin məbləğ tam ödənildikdən sonra kod sizə keçir — adətən bu, 3 ilə 5 il arasında baş verir. Aylıq və ya illik ödəməyiniz fərq etmir, hesablama məbləğ üzrə aparılır.
Ödənişi dayandırsam nə olur?
Sayt müvəqqəti bağlanır, məlumatlarınız isə saxlanılır. Ödənişi bərpa etsəniz sayt dərhal açılır. Ödədiyiniz məbləğ hesabdan silinmir — sahibliyə qədər qalan hissə dayandığı yerdən davam edir.
Kodu almadan saytı başqa yerə köçürə bilərəmmi?
Məzmununuzu — mətnlər, şəkillər, məhsullar — istənilən vaxt ixrac edə bilərsiniz. Kodun özü isə sahiblik məbləği tam ödənənə qədər bizdə qalır.