Haqqımızda
Sayt sahibi olmaq bahalı olmamalıdır
Rentawebly Gala Group-un rəqəmsal məhsul istiqamətidir. Kiçik və orta bizneslərin peşəkar sayta sahib olmasını sadələşdirmək üçün quruldu.
0+
hazır sayt
0+
sektor
0
gündə hazır
Niyə yarandıq
Kiçik biznes sayt istəyəndə iki seçim qarşısına çıxır. Birincisi — bir neçə min manat ödəyib fərdi sayt sifariş etmək. İkincisi — ucuz şablon alıb özü baş açmağa çalışmaq.
Birinci variant çox baha, ikincisi isə çox vaxt yarımçıq qalır. Hər iki halda hostinq, domen, e-poçt və dəstək ayrıca problemə çevrilir.
Biz üçüncü yolu təklif edirik: aylıq ödənişlə hazır sayt, hər şey daxil. Və ən vacibi — müddət bitəndə kod sizin olur, bizdə deyil.
Prinsiplərimiz
Kod müştərinin olur
3-5 il ödənişdən sonra saytın kodu tam müştəriyə keçir. Bu, müqavilədə yazılır.
Gizli xərc yoxdur
Hostinq, SSL, e-poçt və dəstək qiymətə daxildir. Sonradan əlavə hesab gəlmir.
Demo açıqdır
Almadan əvvəl həm saytı, həm admin panelini gəzirsiniz. Sürpriz olmur.
Hər sektor ayrıca
Restoran saytı ilə əmlak saytı bir-birinə bənzəmir. Hər biri öz sahəsinə görə qurulur.
Bir gündə işə düşür
Sifarişdən sonra bir iş günü. Aylarla gözləmə yoxdur.
Məzmun sizindir
Mətnlərinizi, şəkillərinizi, məhsullarınızı istənilən vaxt ixrac edə bilərsiniz.
Gala Group
Gala Group ailəsinin bir hissəsi
Rentawebly qrupun rəqəmsal istiqamətidir. Marketinq, tədbir və təhsil sahələrində fəaliyyət göstərən komandanın texniki təcrübəsi üzərində qurulub.